Modern.az

Tovuzda müəllim Son zəngzamanı öldü

Tovuzda müəllim “Son zəng” zamanı öldü

14 İyun 2018, 14:11

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

Modern.az xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?