Modern.az

“Gənc istedadlar” liseyində “Son zəng”

“Gənc istedadlar” liseyində “Son zəng”

14 İyun 2018, 15:21

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində "Son zəng" keçirilib.

 

Tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq məzunları və onların valideynlərini təbrik edib. Liseyin 10 illik fəaliyyətindən danışan rektor bu illər ərzində qazanılan uğurları diqqətə çatdırıb. Qeyd edib ki, bu il liseyin Azərbaycan və rus bölməsindən məzun olan 52 nəfərin hər biri Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında yüksək nəticə göstərib, bir neçəsi müvafiq imtahanlar verməklə xarici universitetlərə qəbul olunublar. Builki məzunların əksəriyyətinin müxtəlif vaxtlarda olimpiada və müsabiqə qalibləri olduğunu vurğulayan rektor Lisey Pedaqoji Şurasının qərarı ilə onlardan 12 nəfərinin medala namizəd göstərildiyini də bildirib.

 

Liseyin direktoru, professor Qasım Hüseynov isə 2017-2018-cı tədris ilində şagirdlər bir çox uğurlara imza atmalarından bəhs edib. Belə ki, onlar respublika və beynəlxalq olimpiadalarda və müsabiqələrdə uğurlu iştirak edib, mükafatçılar sırasında olublar. Direktorun sözlərindən məlum olub ki, indiyədək bu təhsil ocağını bitirən 330 məzunun hamısı respublikanın və xarici ölkələrin ali məktəblərinə qəbul olublar. Onlardan 85 nəfəri universitetlərə qəbul imtahanlarında 600-dən çox bal toplayıb, 25 nəfəri qızıl, 5 nəfəri gümüş, daha 5 nəfəri isə Prezident təqaüdünə layiq görülüblər. 

Sonra valideynlər adından Qismət İbrahimov, məzunlar adından isə ötən il 661 balla BDU-nun Hüquq fakültəsinə daxil olan Cəlal Abdullayev çıxış edib.

 

Tədbir lisey şagirdlərinin hazırladıqları bədii proqramla başa çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir