Modern.az

Gəncə məktəblərində “Son zəng” çalınıb  

Gəncə məktəblərində “Son zəng” çalınıb   

14 İyun 2018, 15:07

Bu gün onların günü idi... Üzlərində təbəssüm, gözlərində kədər qarışıq sevinc sezilən məzunların. Bu gün onlar 11 il ərzində qapısını açdıqları siniflər, arxasında əyləşdikləri partalarla vidalaşıblar.

 

Gəncənin 46 tam orta məktəbinin 2337, Xarici Dillər və Futbol Təmayüllü gimnaziyalarının isə 54 şagirdi üçün “son zəng” çalınıb. Məktəblilərin "Son zəng" mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin, şəhər Təhsil İdarəsinin nümayəndələri, millət vəkilləri, həmçinin Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektor və prorektorları iştirak ediblər.

 

M.M.Mehtizadə adına 4 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri ilə görüşən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, onlara gələcək həyatlarında uğurlar arzu edib. Məzunlara vətəni, milləti sevməyi, dövlət və dövlətçilik ənənələrinə sadiq fərd olaraq yetişmələrini tövsiyyə edib.  

Qonaqlar və məktəbin müəllimləri də çıxış edərək məzunlara xoş arzularını çatdırıblar. Aşağı sinif şagirdləri isə məzunları maraqlı rəqslərlə təbrik ediblər.

Məktəb həyatı ilə vidalaşan 11-cilər bu illər ərzində bir yerdə olduğu sinif yoldaşlarından, müəllimlərindən ayrıldıqları üçün kədərləndiklərini bildiriblər. Onların ifasında səsləndirilən mahnılar, təqdim olunan rəqslər maraq və alqışlarla qarşılanıb. Tədbirdə həmçinin tədris ili ərzində idman və fənn olimpiadalarda qalib gələn şagirdlərə, habelə fərqlənən müəllimlərə diplom və fəxri fərmanlar təqdim edilib.

Tədbirin yekununda isə şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.

 

Hər son bir başlanğıcdır deyirlər. Həyatlarında başlayan yeni dönəmin, məzunlara yeni uğurlar, yeni nəaliyyətlər gətirməsi diləyi ilə...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?