Modern.az

Gürcüstanın baş nazirliyinə namizədin adı açıqlanıb

Gürcüstanın baş nazirliyinə namizədin adı açıqlanıb

14 İyun 2018, 19:18

Gürcüstan parlamentində 36 yaşlı Mamuka Baxtadzenin namizədliyi baş nazir vəzifəsinə irəli sürülüb.

 

Modern.az məlumatına görə, hazırda maliyyə naziri vəzifələrini icra edən M.Baxtadzenin namizədliyini parlamentdəki çoxluq dəstəkləyib.

 

İndi ölkə prezidenti onun namizədliyini baş nazir vəzifəsinə təklif etməlidir.

 

Qeyd edək ki, ötən gün Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti istefa verib.

M.Baxtadze G.Kvirikaşvili hökumətində maliyyə naziri vəzifəsində işləyirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır