Modern.az

ETSN-da Milli Qurtuluş Günü qeyd olunub

ETSN-da Milli Qurtuluş Günü qeyd olunub

14 İyun 2018, 19:33

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.  Bayram münasibətilə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin nazirlikdəki büstü önünə gül dəstələri qoyulub.

 

Modern.az xəbər verir ki, tədbirdə çıxış edən nazir Muxtar Babayev qeyd edib ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub. O, əsası H.Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin tərəqqisi və qüdrətlənməsi, iqtisadi uğurların qazanılması, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması istiqamətində əzmlə çalışan Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın sabaha böyük inamla irəlilədiyini söyləyib.

 

Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək bildirib ki, 90-cı illərin əvvəllərində dövlət müstəqilliyimizin qorunub saxlanmasında Heydər Əliyevin misilsiz xidmətləri olub. Onun hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün təsisatlar bərpa olunub və inkişaf etdirilib. Ümummili Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, iqtisadi tənəzzülə son qoyulub, hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaradılıb.

 

Tədbirin sonunda  Nazirliyin işçilərinin peşə bayramı ilə əlaqədar ölkə prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli sərəncamı ilə təltif olunan əməkdaşlara mükafat, ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən işçilərə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı təqdim edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı