Modern.az

İlham Əliyev Mehriban Əliyeva ilə birgə “DÇ-2018”in açılış mərasimində

İlham Əliyev Mehriban Əliyeva ilə birgə “DÇ-2018”in açılış mərasimində

14 İyun 2018, 20:46

İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Modern.az xəbər verir ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

 

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasiminin proqramı zənginliyi və əvvəlki dünya çempionatlarının açılış mərasimlərinin proqramlarından fərqli formatı ilə əsaslı şəkildə seçilib. Budəfəki tədbir daha qısa vaxt ərzində və yığcam oldu, məşq ərəfəsində deyil, birbaşa Rusiya-Səudiyyə Ərəbistanı matçından əvvəl keçirilib.

 

Açılış mərasimindən dərhal sonra “A” qrupunda mübarizə aparan Rusiya və Səudiyyə Ərəbistanının yığma komandalarının görüşü olub. Azərbaycan prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Rusiya Prezidenti Vladimir Putin və digər dövlət və hökumət başçıları həmin görüşü izləyirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır