Modern.az

Bahalaşmanı önləmək üçün anbarlardakı mallar satışa çıxarıldı

Bahalaşmanı önləmək üçün anbarlardakı mallar satışa çıxarıldı

Dünya

14 İyun 2018, 21:27

İran prezidenti Həsən Ruhani ölkədə davam edən qiymət artımının qarşısını almaq üçün dövlət anbarlarındakı malların bazara çıxarılması təlimatını verib. Modern.az xəbər verir ki, İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Nazirlər Şurasının iclası zamanı belə bir qərarən qəbul olunduğunu açıqlayıb.

O bildirib ki, son zamanlar ölkədə baş verən qiymət artımının qarşısının alınması xüsusi nəzarətə götürülüb və İran prezidenti anbarlardakı malların əhaliyə çatdırılması üçün səlahiyyətli orqanları təlimatlandırıb.

 

Qeyd edək ki, ABŞ-ın mayın 8-də İranla imzalanan nüvə razılaşmasından çəkilməsindən sonra İranda bir çox məhsulların qiymətində kəskin artım baş verib. Dövlət bazardakı qeyri-sabitliyi nəzarət altına almaq üçün bütün valyutadəyişmə məntəqələrini bağlayıb və bank sistemindən kənar pul dəyişmələrini qadağan edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı