Modern.az

Etiraz aksiyasında 154 nəfər öldü

Etiraz aksiyasında 154 nəfər öldü

14 İyun 2018, 21:46

Nikaraquada kütləvi etiraz aksiyaları zamanı ölənlərin sayı 154 nəfərə çatıb. Modern.az “RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı yerli İnsan Haqları Mərkəzi məlumat yayıb.

"Caraota Digital" portalının məlumatına görə, bu siyahıya təkcə təsdiq edilmiş ölənlər daxildir. Ona görə, ölənlərin ümumi sayı arta bilər. Çünki başqa öldürülənlər və itkin düşənlər barədə məlumatlar var, lakin bu məlumatlar rəsmi deyil.

Bundan əvvəl ölənlərin sayının 146 nəfər olduğu bildirilirdi.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı