Modern.az

Saakaşvili Rusiyalı ekspertləri casus adlandırdı

Saakaşvili Rusiyalı ekspertləri casus adlandırdı

3 Dekabr 2009, 09:45

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyalı ekspertləri casus adlandırdı. Modern.az xəbər verir ki, bu barədə Gürcüstan dövlət başçısının mətbuat katibi Manana Mancqaladze mətbuata bugünkü açıqlamasında bildirib.

Gürcü tərəfi Tiflis beynəlxalq hava limanında Rusiya Dövlət Arxivinin direktoru Sergey Mironenko və Moskva Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaş Araşdırmalar Mərkəzinin baş elmi işçisi Nikolay Silayevə ölkəyə giriş üçün viza verməkdən imtina edib.

Prezident Saakaşvili əmin olduğunu bildirib ki,  Gürcüstan ərazisinə buraxılmayan rusiyalı ekspertlər Rusiya xüsusi xidmət orqanları ilə  əməkdaşlıq edir.  Mətbuat katibi qeyd edib ki, prezident yalnız iki kateqoriyadan olan şəxslərin ölkə ərazisində olmasını alqışlamır. Bunlar işğalçı qoşunlar və Rusiya təhlükəsizlik xidmətinin gödərdiyi casuslardır.  Mancqaladzenin sözlərinə görə, gürcü tərəfin əldə etdiyi informasiylara görə, ölkə ərazisinə buraxılmayan rus ekspertləri Rusiya xüsusi xidməti ilə fəal əməkdaşlıq edir və Gürcüstan ərazilərinin işğalını dəstəkləyirlər. Bununla belə, prezident Saakaşvili ölkəsinə  rusiyalı turistlərin, biznesmenlərin, incəsənət xadimlərinin, idmançıların və sıravi şəxslərin gəlişini alqışlayır.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı