Modern.az

Putin Azərbaycan prezidentini Paşinyanla tanış etdi

Putin  Azərbaycan prezidentini Paşinyanla   tanış etdi

Aktual

15 İyun 2018, 00:09

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu N.Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.

 

Paşinyan qeyd edib ki, futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil edib: “Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Rusiya prezidenti bizi tanış etdi. Bu sadəcə tanışlıq idi, heç bir müzakirə, məzmunlu söhbət və ya təmas olmayıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!