Modern.az

Gürcüstan parlamentinin deputatı Fuad Muradovun səfərini yüksək qiymətləndirdi

Gürcüstan parlamentinin deputatı Fuad Muradovun səfərini yüksək qiymətləndirdi

15 İyun 2018, 11:55

“Fuad müəllimin Marneuliyə səfəri Gürcüstan azərbaycanlıları tərəfindən yüksək qiymətləndirildi. Hec bir vaxt bu formatda bu cür görüş kecirilməyib. Fuad müəllim ayrı-ayrı bütün rayonların nümayəndələri ilə görüşüb. Dövlət rəsmiləri ilə görüşlər də cox yüksək səviyyədə davam etdirilir. Hazırda, deyə bilərəm ki, Fuad müəllimin səfəri cox yüksək və səmərəli kecir”.

 

Modern.az-ın məlumatına görə, bunu Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstana səfərini şərh edərkən deyib.

 

Ruslan Hacıyev öncə bütün müsəlman aləmini və dünyada yaşayan Azərbaycan xalqını Ramazan Bayramı münasibətilə təbrik edib.

 

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunmuş cənab Fuad Muradovun Gürcüstana səfəri baş tutdu. Bilirsiniz ki, biz dünyada yaşayan azərbaycanlıların böyük hissəsi olaraq burada  xalqımızın mədəniyyətini, tarixini, həqiqətlərini təbliğ etmək istiqamətində müəyyən işlər görünür.

 

Ən əsası isə, Gürcüstan vətəndaşı olaraq bizim əsas missiyamız iki ölkə arasında əsrlər boyu davam edən dostluq-qardaşlıq əlaqələrinin inkişafı və perspektivləridir. Fuad müəllimin də ölkəmizə rəsmi səfəri elə bu məqsədi daşıyırdı ki, bu istiqamətdə müəyyən addımlar atılsın. Onun Gürcüstanın patriarxı və hökumət üzvləri ilə yüksək səviyyəli görüşləri, icma ilə müzakirələri gözəl nəticə vermiş oldu. Parlamentin azərbaycanlı üzvü  olaraq mən də, bu görüşlərə məmnuniyyətlə qatıldım, mənim üçün də, vətəndaşlarımızla növbəti dəfə bu formatda görüşmək imkanı olduqca səmərəli oldu. Orada qaldırılan bir sıra problemlər bizim birbaşa kompetensiamızda olduğu üçün onların da həlli istiqamətində müəyyən işlər görəcəyimizi düşünürəm. O ki  qaldı ictimai təşkilatların fəaliyyətlərinə düşünürəm ki, bu istiqamətdə Fuad müəllim və kollektivi gərəkli addımlar ataraq, uğurlu işlərə imza atacaqdır.

 

Fuad müəllim eyni zamanda mədəniyyət ocaqlarını ziyarət edərək həmçinin Aşıq Kamandarın anım günündə onun doğulduğu evdəki tədbirlərdə iştirak etdi. Bu və digər görüşlərin əhəmiyyəti olduqca önəmlidir. Düşünürəm ki, iki tərəfli əlaqələrin möhkəmlənməsində və inkişafında, soydaşlarımızın fəallığında bu səfərin müsbət nəticələri olacaq”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir