Modern.az

Azərbaycan əhalisi 5 ayda 20 milyard manatdan çox gəlir əldə edib

Azərbaycan əhalisi 5 ayda 20 milyard manatdan çox gəlir əldə edib

15 İyun 2018, 14:44

2018-ci ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 20 milyard 753,7 milyon manat olub.

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 2119,1 manat təşkil edib.

 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 19 milyard 081,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz çox vəsait qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı