Modern.az

Ermənilər Qazaxda dinc sakini yaraladılar

Ermənilər Qazaxda dinc sakini yaraladılar

15 İyun 2018, 20:04

Qazax rayonunda gənc qadın ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Quşçu Ayrım kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləna Aqif qızı ayağının topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

 

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər. Onların sözlərinə görə, G. Ağamalıyeva təmas xəttinə yaxın ərazidə quzu otararkən, ermənilər atəş açıb. Nəticədə o, xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı