Modern.az

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

15 İyun 2018, 23:07

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 14-də 76,7 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,27 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 14-də 75,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,21 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 14-də 73,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 14-də 74,82 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,09 dollar/barel çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır