Modern.az

İranlı qızların futbol çılğınlığı ölkədəki mühafizəkarları hiddətləndirib - FOTOLAR  

İranlı qızların futbol çılğınlığı ölkədəki mühafizəkarları hiddətləndirib - FOTOLAR   

16 İyun 2018, 11:42

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında İran milli komandasının ilk turdakı qələbəsi qonşu ölkədə böyük coşqu yaradıb.
B qrupunda Mərakeş üzərindəki 1:0 hesablı qələbə İranı dörd komandanın liderinə çevirib.

Qeyd edək ki, 68 min tamaşaçı tutumuna malik “Sankt-Peterburq” stadionunda keçirilən oyunu Rusiyaya gəlmiş iranlı azarkeşlər canlı izləyib. Və azarkeşlər arasında iranlı gənclərin davranışı, xüsusən də qızların açıq-saçıq geyimi diqqətlərdən yayınmayıb.

Modern.az xəbər verir ki, “Sankt-Peterburq” stadionunun tribunalarında qələbəyə sevinən iranlı gənclərin geyim tərzi və davranışları İran mühafizəkar kəsimini hiddətləndirib.
Baxmayaraq ki, həmin gənclər İranı çoxdan tərk etmiş, xaricdə vətəndaşlıq almış, ya da xaricdə doğulmuş insanlardır. Sosial mediadakı məlumatlara görə, mühafizəkarlar xarici ölkələrdən Rusiyaya gəlmiş iranlı qızların açıq-saçıq geyimdə olmasını sərt tənqid ediblər.

Qeyd edək ki, hazırda İranda qadınların stadionlara daxil olmasını qadağan edən qanunlar qüvvədədir.

Ötən illər ərzində İranda stadionlara yol tapmaq üçün müxtəlif vasitələrə əl atmış qadınlar saxlanıb və cəzalandırılıb. Stadionlara girişi qadağan olunsa da, İran qadını futbol azarkeşidir. Onlar bəzən stadionlara daxil olmaq üçün hətta kişi paltarı da geyinirlər.

 

Belə bir hal FIFA rəsmilərinin İran prezidenti Həsən Ruhaniyə müraciət etməsinə səbəb olmuşdu. Onlar İran qadınlarının da futbol matçlarına buraxılmasına icazə verilməsini xahiş edirdilər.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər