Modern.az

Nəhəng pitonun qarnından qadın meyiti çıxarıldı - VİDEO

Nəhəng pitonun qarnından qadın meyiti çıxarıldı - VİDEO

16 İyun 2018, 15:37

İndoneziyanın Sulavesi adasında səkkiz metrlik pitonun qarnından qadın meyiti çıxarılıb.

 

Modern.az “Jakarta Post” nəşrinə istinadən xəbər verir ki, bu bərədə yerli polis məlumat verib.

 

54 yaşlı Va Tiba adlı qadın axşam saatlarında evdən 1 km aralıda yerləşən əkin sahəsini yoxlamağa gedib.

 

Qadının bacısı sabahı gün tezdən evə qayıtmadığına görə onun dalınca yollanıb. Lakin o, yalnız izlər, fənər, ayaqqabı və xəncər aşkarlayıb.

 

Bu zaman o yardım üçün kənd əhalisinə müraciət edib.

 

Bir neçə saat sonra kənd sakinləri qarnı çox şişkin 8 metrlik bir piton aşkarlayıblar. Pitonu öldürdükdən sonra onun qarnından qadının cəsədini çıxara biliblər.

 

Qeyd edək ki, keçən il də Sulavesi adasında yeddi metrlik piton bir fermeri udub.

 

Görüntüləri təqdim edirik, əsəbləri zəif olanlar baxmasın:

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?