Modern.az

Heydər Əliyev Fondu Qardabani rayonuna təcili yardım maşını hədiyyə edib

Heydər Əliyev Fondu Qardabani rayonuna təcili yardım maşını hədiyyə edib

Aktual

16 İyun 2018, 17:41

Heydər Əliyev Fondu Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qarabani rayonunun bələdiyyəsinə təcilli tibbi yardım maşını hədiyyə edib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bütün lazımı avadanlıqlarla təchiz olunmuş müasir təcili tibbi yardım maşını rayon rəhbərliyinə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən təqdim olunub.

 

 

Tədbirdə çıxış edən F. Muradov Azərbaycanın Gürcüstanla münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirib.

 

Qardabani rayonunun rəhbəri Ramaz Budaqaşvili təcili tibbi yardım maşınına görə minnətdarlığını bildirib. O qeyd edib ki, rayonun bu cür təcili tibbi yardım maşınına böyük ehtiyacı olub. 

 

Qeyd edək ki, Heydər Əliyev Fondu Gürcüstana iki təcili tibbi yardın maşını hədiyyə edib. Onlardan biri ötən gün azərbaycanlıların kompakt məskunlaşdığı Bolnisi rayonunun rəhbərliyinə təqdim olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır