Modern.az

Güclü sel maşını dərəyə aşırdı - Xınalıq yolunda - FOTO

Güclü sel maşını dərəyə aşırdı - Xınalıq yolunda - FOTO

16 İyun 2018, 19:16

Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi