Modern.az

Paşinyan Qarabağda həddini aşdı - Video

Paşinyan Qarabağda həddini aşdı - Video

16 İyun 2018, 20:34

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı cəbhənin təmas xəttində olub. Modern.az xəbər verir ki, bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.

Yayılan videodan görünür ki, Paşinyan səngərdən Azərbaycan tərəfi müşahidə edib.

Qeyd edək ki, Paşinyanı səfəri zamanı qondarma rejimin rəhbəri Bako Saakyan, Ermənistanın Müdafiə naziri David Tonoyan, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan, Ermənistan Baş Qərargahının Baş inspektoru Movses Akopyan, qondarma rejimin Müdafiə naziri Levon Mnatsakanyan müşayiət edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır