Modern.az

Cəbrayıl və Füzulini işğal edən erməni general qandallandı - VİDEO

Cəbrayıl və Füzulini işğal edən erməni general qandallandı - VİDEO

16 İyun 2018, 21:53

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları erməni deputat, general Manvel Qriqoryanı saxlayıblar.

Modern.az saytı Axar.az-a istinadən xəbər verir ki, Qriqoryan Eçmiədzin şəhərində saxlanılıb. Qriqoryanla bərabər Eçmiədzində kriminal avtoritet Artur Asatryan (Don Pipo) da saxlanılıb.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Asatryan və Qriqoryanın Eçmiədzindəki iqamətgahlarında yoxlamalar aparılıb. Yoxlamalara səbəb Don Pipo və Qriqoryan arasında son günlər münasibətlərin gərginləşməsidir. Belə ki, Manvel Qriqoryanın oğlunu Eçmiədzinin meri vəzifəsindən istefaya göndərməkdən ötrü Asatryan şəhərdə çoxlu sayda aksiyalar təşkil edib. Bu isə Baş nazir Nikol Paşinyanın kəskin tənqidinə səbəb olub.

Manvel Qriqoryan artıq iqamətgahından bəzi yüklərini daşıtdırıb. Bu yüklərin yeşiklərdən ibarət olduğu bildirilib. İddialara görə, yükləri Qriqoryanın oğlu olan mer Karen Qriqoryan Azərbaycanın işğal altında olan rayonu Xocavənddəki evinə göndərib. Erməni mətbuatı bu yeşiklərin içərisində müxtəlif sənədlərin olduğunu bildirib.

General Manvel Qriqoryan Ermənistanda həddən artıq nüfuzlu şəxs sayılır. O, Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətlərində Azərbaycana qarşı döyüşüb. Qriqoryan xüsusilə Füzulidəki soyğunçuluğu və azərbaycanlılara qarşı qəddarlığı ilə seçilib.

Ən maraqlı məqam isə odur ki, məhz Qriqoyan Respublika Partiyası sıralarında olmasına rəğmən, Serj Sərkisyana xəyanət edərək, Paşinyanın tərəfinə keçən ilk şəxslərdəndir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı