Modern.az

İmişlidə “Mercedes” mikroavtobusla toqquşdu

İmişlidə “Mercedes” mikroavtobusla toqquşdu

16 İyun 2018, 23:29

İmişlidə 1 nəfərin ölümü və 1 bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, qəza rayon ərazisindəki məcburi köçkün qəsəbəsində baş verib.

Məlumata görə, “Mercedes” markalı minik avtomobili və mikroavtobusun toqquşması nəticəsində minik avtomobilinin sərnişini Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb. Sürücü qəsəbə sakini 1948-ci il təvəllüdlü  Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir