Modern.az

DÇ-2018: Xorvatiya Nigeriyaya şans vermədi: 2:0

DÇ-2018: Xorvatiya Nigeriyaya şans vermədi: 2:0

Aktual

17 İyun 2018, 00:56

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün sonuncu oyununda “D” qrupunda yer alan Xorvatiya və Nigeriya milliləri qarşılaşıb. Modern.az xəbər verir ki, “Kalininqrad Arena”da oynanılan görüşü braziliyalı referi Sandro Ricci idarə edib.

 

Qarşılaşmanın birinci hissəsində Xorvatiya hesabı açıb.

İkinci hissədə xorvatiyalı Modriç rəqibin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirərək, hesabı 2:0-a çatdırıb. Oyun elə bu hesabla da yekunlaşıb.

 

Qeyd edək ki, Xorvatiya və Nigeriya milli komandaları dünya futbol tarixində ilk dəfə üz-üzə gəliblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür