20 iyul 2018, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Dünya Çempionatının azərbaycanlı oğlanı - İran millisindəki tanımadığımız soydaşımız kimdir...  
Dünya Çempionatının azərbaycanlı oğlanı - İran millisindəki tanımadığımız soydaşımız kimdir...  
17.06.2018, 09:45

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatında İran milli komandasının ilk turdakı qələbəsi qonşu ölkədə böyük coşqu yaradıb. 

B qrupunda Mərakeş üzərindəki 1:0 hesablı qələbə İranı dörd komandanın liderinə çevirib. Çünki bu qrupda Portuqaliya - İspaniya qarşılaşması 3:3 hesabı ilə başa çatıb.

Yazıda İran milli komandasından söz açmağımız təsadüf deyil. Çünki bu ölkənin yığmasında bir Azərbaycan əsilli futbolçu da var - Kərim Ənsarifərd. 

Doğrudur Rusiya millisinin heyətində də Aleksandr Səmədov kimi Azərbaycan əsilli futbolçu var, amma onunla müqayisədə İran yığması ilə Dünya Çempionatına gedən Kərim Ənsarifərd haqqında çox şey bilmirik.

Məlumdur ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Zaman-zaman Azərbaycan türkləri arasından çıxmış məşhur futbolçular İranın futbol tarixində silinməz izlər qoyublar. Elə təkcə İran futbol tarixinin yaxın illərdəki əfsanəsi - azərbaycanlı Əli Daei, eləcə də Kərim Bagiri  unudulmayıb.

Bu gün İran millisində Əli Daeinin yolunu davam etdirən Kərim Ənsarifərd də onun kimi əslən Güney Azərbaycanın Ərdəbil şəhərindəndir. Elə İranda da onu Əli Daeninin davamçısı adlandırırlar.

Modern.az-ın məlumatına görə, Kərim Ənsarifərd 1990-cı il aprelin 3-də Ərdəbildə, azərbaycanlı ailəsində dünyaya gəlib. Kərim lap kiçik yaşlarından İranda futbol məktəbinə yazılıb. 5 il bu məktəbdə futbolun sirlərinə yiyələnən soydaşımız 2005-ci ildə doğma Ərdəbil şəhərinin "Zob Ahan” klubunun heyətinə götürülüb. Bir ildən sonra - 2006-cı ildə o, məşhur Əli Daeinin çalışdırdığı "Saypa” komandasına alınıb. Belə ki, Əli Daei həmin il Ərdəbilə gələrək, doğma şəhərində gənc futbolçular arasından seçim etmək istəyərkən Kərim Ənsarifərd diqqətini cəlb edir. Nəticədə Kərimin "Saypa” klubuna keçidi gerçəkləşir.

Burada komandasının əsas oyunçusuna çevrilən Kərim daha sonra - 2012-ci ildə İranın ən köklü komandalarından olan "Persepolis”ə keçir. 2013-cü ildə isə Kərim Ənsarifərd Güney Azərbaycan paytaxtı Təbrizin məşhur "Traktorsazi” klubuna keçir. Məhz onun çıxış etdiyi ildə Təbriz klubu İran kubokunu qazanıb.


2014-cü ildə Kərim Avropa klublarının diqqət mərkəzinə düşür və o, İspaniyanın "Osasuna” klubuna transfer edilir. Ardından Yunanıstana yollanan Kərim "Panionios” klubunda oynamağa başlayır. Burda çıxış etdiyi il yarım ərzində 51 oyuna 15 qol vurur. Nəhayət Yunanıstanın ən məşhur klubu olan "Olimpiakos” Kərim Ənsarifərdin keçidində maraqlı olur və soydaşımız bu komanda ilə müqavilə bağlayır.

Beləliklə, Kərim 2017-ci ilin yanvarından ta indiyədək "Olimpiakos”da oynayır. Onun klubla müqavilə müddəti 2020-ci ilin yayında bitəcək. 

28 yaşlı hücumçu ötən mövsüm 17 qolla Yunanıstan çempionatının ikinci bombardiri olub.

Kərim İran millisində çox erkən, cəmi 19 yaşında debüt edib. 2009-cu ilin noyabrında İslandiya ilə Tehranda keçirilən yoldaşlıq görüşündə əsas yığmada debüt edən Kərim Ənsarifərd bunu qolla qeyd edib. Və İranın milli futbol yığmasının tarixində qol vuran ən gənc oyunçu olub...

2014-cü ildə İran yığmanın baş məşqçisi portuqaliyalı Karluş Keyruşun etimadını qazanan Kərim əsas komandada yer alır və Braziliyada keçirilən Dünya Çempionatına aparılıb. 

Bu dəfə isə baş məşqçi 28 yaşlı azərbaycanlı futbolçunu Rusiyaya gətirib.

Bu Dünya Çempionatınadək azərbaycanlı hücumçu Kərim Ənsarifərd İran yığmasında keçirdiyi 61 oyunda 16 qol vurmuşdu.

İran yığması Rusiyada artıq bir oyunu geridə qoyaraq, qeyd etdiyimiz kimi Mərakeş üzərində 1:0 hesablı qələbə qazanıb. Qələbədə Kərim Ənsarifərdin də payı var. Belə ki, o, Mərakeşlə oyunda meydana çıxan əsas oyunçulardan olub.

Kərim Ənsarifərdin bu çempionatda işləri necə gedəcək, soydaşımız adından bəhs etdirə biləcəkmi? Bunu önümüzdəki oyunlar və İran yığmasının necə çıxış edəcəyi göstərəcək...



A.Qorxmaz


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda avtomobillərə qənim kəsilənlər saxlanıldı
20.07.2018, 13:03

Bakıda avtomobillərə qənim kəsilənlər saxlanıldı

Azercell sosial mediada da liderdir!
20.07.2018, 13:02

Azercell sosial mediada da liderdir!

Elmi ad almış deputatlar - Kim hansı sahənin alimidir? - SİYAHI   
20.07.2018, 13:01

Elmi ad almış deputatlar - Kim hansı sahənin alimidir? - SİYAHI  

Sabah hava necə olacaq? - PROQNOZ   
20.07.2018, 12:41

Sabah hava necə olacaq? - PROQNOZ  

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə GÖRÜŞDÜ
20.07.2018, 12:36

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə GÖRÜŞDÜ

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB
20.07.2018, 12:22

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ   
20.07.2018, 12:21

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ  

Əbülfəs Qarayev Qazaxda şikayətləri dinlədi
20.07.2018, 12:15

Əbülfəs Qarayev Qazaxda şikayətləri dinlədi

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”
20.07.2018, 12:02

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”

Həyətlərdə çətənə kolları aşkarlandı
20.07.2018, 11:49

Həyətlərdə çətənə kolları aşkarlandı

Azərbaycanda sarılıq təhlükəsi - 365 mindən çox heyvan peyvənd olundu
20.07.2018, 11:35

Azərbaycanda sarılıq təhlükəsi - 365 mindən çox heyvan peyvənd olundu

Bakıda daha bir piyada ölümü
20.07.2018, 11:22

Bakıda daha bir piyada ölümü

ABŞ-da gəmi faciəsi: 11 ölü
20.07.2018, 11:18

ABŞ-da gəmi faciəsi: 11 ölü

“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək
20.07.2018, 11:15

“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək

“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ
20.07.2018, 11:14

“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ

AZAL narazı sərnişinlərə cavab verdi
20.07.2018, 11:02

AZAL narazı sərnişinlərə cavab verdi

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır
20.07.2018, 10:59

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi   
20.07.2018, 10:58

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi  

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı
20.07.2018, 10:55

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı
20.07.2018, 10:52

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Nazir arxeoloji qazıntılarla tanış oldu
20.07.2018, 10:47

Nazir arxeoloji qazıntılarla tanış oldu

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ
20.07.2018, 10:44

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır
20.07.2018, 10:41

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır

Tramp Putini HƏDƏLƏDİ: “Ən qatı düşməni olacam”   
20.07.2018, 10:36

Tramp Putini HƏDƏLƏDİ: Ən qatı düşməni olacam”  

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ   
20.07.2018, 10:29

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ  

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı
20.07.2018, 10:28

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı
20.07.2018, 10:25

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi
20.07.2018, 10:16

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi

Salyanda ağır qəza: 5 yaralı
20.07.2018, 10:00

Salyanda ağır qəza: 5 yaralı

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı   
20.07.2018, 09:47

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı  

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər   
20.07.2018, 09:43

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər  

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...
20.07.2018, 09:36

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı
20.07.2018, 09:27

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək
20.07.2018, 09:22

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək

Axtarışda olan daha 26 nəfər tutuldu
20.07.2018, 08:42

Axtarışda olan daha 26 nəfər tutuldu

ARXİV