Modern.az

Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

Aktual

17 İyun 2018, 10:28

Bazar gününə keçən gecə Moskva aeroportlarında onlarla reys təxirə salınıb və ya ləğv olunub.

Modern.az “report”a istinadən xəbər verir ki, onların arasında gecə saatlarında Moskvadan Bakıya uçmalı olan təyyarə reysi də var.

Gecə saat 01:40 radələrinə qədər ümumilikdə Vnukovo aeroportunda 5 aviareys, Domodedovoda, Moskva-Bakı aviareysi də daxil olmaqla 14 reys, Şeremetyevoda isə 6 reys təxirə salınıb və ya ləğv olunub.

Lakin yarım saatdan sonra təxirə salınan və ya ləğv olunan aviareyslərin sayı artıb. Bakı vaxtı ilə 02:20-yə olan məlumata görə, Domodedovo hava limanında 14 reys gecikmə ilə uçub, ikisi ləğv olunub, Vnukovoda 8 reys gecikib və 3-ü ləğv olunub, Şeremetyevodan isə 8 reys uça bilməyib.

Reyslərin hansı səbəbdən təxirə salındığı məlum deyil.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır