Modern.az

Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlament seçkilərinin gedişatından DANIŞDI

Səfir ölkəmizdə keçirilən Türkiyə prezidenti və parlament seçkilərinin gedişatından DANIŞDI

17 İyun 2018, 11:31

Bu gün 60 xarici ölkədə Türkiyə prezidenti və parlamenti seçkilərində səsvermə keçirilir.

Modern.az-ın məlumatına görə, bunu bu gün Bakıda Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.

Səfir bildirib ki, Bakı ilə yanaşı səsvermə Türkiyənin Naxçıvanda və Gəncədəki baş konsulluqlarında keçirilir: "Bakıda 5200-dən çox, Naxçıvanda - 600-dan çox, Gəncədə isə 200-dən çox seçinin səs verəcəyi gözlənilir".

Özoral həmçinin bildirib ki, Azərbaycan ərazisində seçki məntəqələri Bakı vaxtı ilə 21:00-da bağlanacaq.

Qeyd edək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər.

Xatırladaq ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir