Modern.az

Deputat milli komandanın üzvləri ilə görüşüb - FOTOLAR

Deputat milli komandanın üzvləri ilə görüşüb - FOTOLAR

Aktual

17 İyun 2018, 14:26

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda Azərbaycan Paralimpiya Komitəsinin Boccia İdman növü üzrə Milli Komandasının üzvləri ilə görüş keçirib.

Modern.az xəbər verir ki, görüşdə komitə sədri fiziki məhdudiyyətli şəxslərlə bağlı qəbul olunan son qanun layihəsindən, onun tətbiqindən danışıb və ölkədə bu şəxslərə dövlət və cəmiyyət qayğısından söz açıb. Boccia idman növü üzrə Milli Komandanın  baş məşqçisi İlham Məhərrəmov ölkədə onlara göstərilən qayğıdan, ölkə başçısı İlham Əliyev cənablarının bu sahədə gördüyü işlərdən söz danışıb.

Bu idman növünün Azərbaycanda yeni yaranmasına baxmayaraq komandanın qısa müddət ərzində İspaniya və Türkiyədə keçirilən yarışlarda qələbə çalmasının böyük uğur olduğu vurğulanıb.

Komandanın üzvü Bəhruz Mirzəyev və digərləri yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər.

Görüş komanda üzvlərinin məşqi ilə davam edib və millət vəkili də bu məşqə qatılıb.

Sonda komanda üzvləri ilə xatirə şəkili  çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!