16 noyabr 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - “Bu açıqlamada Lavrovun ermənipərəst mövqeyinin böyük təsiri var” - Əflatun Amaşov
“Bu açıqlamada Lavrovun ermənipərəst mövqeyinin böyük təsiri var” - Əflatun Amaşov
17.06.2018, 21:14

“Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanı anlamaq olduqca çətindir. Bəzən elə təəssürat yaranır ki, ölkənin Xarici İşlər Nazirliyinin ümumiyyətlə Rusiyaya aidiyyatı yoxdur. Əlbəttə, belə vəziyyətin yaranmasında nazir Sergey Lavrovun da ermənipərəst mövqeyinin böyük təsiri var”. Modern.az xəbər verir ki, bunu “Trend”ə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

 

Ə.Amaşov vurğulayıb ki, bilmirəm, bəlkə nə vaxtsa Azərbaycanla, yaxud azərbaycanlılarla bağlı şəxsi müstəvidə xoşagəlməz yaşantısı olub, ya nədir, konkret söz demək çox çətindir. Ancaq departament direktorunun sivil normaları aşdığı göz önündədir:

 

“Məlumdur ki, bu il iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında “Trend” İnformasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikrini diqqətə çatdırmış və direktor müavindən məsələyə münasibət bildirməyi xahiş etmişdi. A.Kojin isə suala cavabında bildirmişdi ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar konstruktiv deyil. Bununla bağlı konkret video-görüntü var və buna rəğmən sözügedən brifinqin Rusiyanın Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş mətnində Ermənistanın baş nazirinin mövqeyinin deyil, «Trend»in müxbirinin qeyri-konstruktiv olduğu önə çəkilib.

 

O da məlumdur ki, Azərbaycanın media ictimaiyyəti iyunun 5-də məsələ ilə əlaqədar Mariya Zaxarovaya müraciət etmişdi. Görünür, üzərindən on gün keçəndən sonra M.Zaxarova öz müavini Kojinin əlinə-ayağına bulaşdırdığı mövzuya yeni rənglər qatmaq qərarına gəlib. Onun sözlərindən belə qənaətə gəlmək olar ki, «Trend» İA-nın müxbiri mətbuat konfransında ümumiyyətlə ağzına su alıb oturmalıymış. Zaxarova XİN-in saytındakı açıq təhrifə görə üzrxahlıq etmək əvəzinə həmin təhrifə bir növ, haqq qazandırır.

 

Hesab edirəm ki, M.Zaxarova bu açıqlaması ilə nəinki diplomatik prinsiplərə, bütövlükdə etik davranış qaydalarına həqarətlə yanaşır. Onun kor inada hesablandığı aşkar görünən mövqeyini anlamaq həqiqətən çox çətindir. Ortada fakt var. Faktın Rusiyanın Xarici İşlər Nazirliyinin saytında təhrif olunmuş formada təqdimatı var. Görünür, Ermənistan kimi forpost daxilində Kojinin məlum cavabına görə qalxan hay-küy Rusiya kimi böyük ölkənin xarici siyasət idarəsinin nüfuzundan daha vacib və üstündür. Zaxarovanın şəxsində Rusiya XİN-in bu duruma düşməsindən bir daha təəssüflənirik.

 

Görünür, Rusiya XİN-də mövcud olan məsuliyyətsizlik mühitinə ölkənin geniş ictimaiyyətinin diqqətini çəkmək lazımdır. Buna görə biz Azərbaycanın media ictimaiyyəti olaraq məsələ ilə bağlı Rusiyanın müvafiq qurumlarına yeni müraciətlər ünvanlamağı düşünürük. Çalışmalıyıq ki, Azərbaycanlı jurnalistə münasibətdə həyata keçirilən bu biabırçı yanaşma eyni zamanda Rusiya cəmiyyətində geniş müzakirə olunsun”.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakı meriyasının yeni mətbuat katibi: “Bu məsələdə fərq qoyula bilməz” – MÜSAHİBƏ       
16.11.2018, 14:17

Bakı meriyasının yeni mətbuat katibi: “Bu məsələdə fərq qoyula bilməz” – MÜSAHİBƏ    

Türkiyədə Qarabağ parkının və Xocalı abidəsinin açılışı oldu - FOTO
16.11.2018, 14:08

Türkiyədə Qarabağ parkının və Xocalı abidəsinin açılışı oldu - FOTO

BNA-dan “Facebook” istifadəçilərinə ÇAĞIRIŞ
16.11.2018, 14:00

BNA-dan “Facebook” istifadəçilərinə ÇAĞIRIŞ

Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunan kitab nəşr edildi
16.11.2018, 13:54

Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunan kitab nəşr edildi

Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!
16.11.2018, 13:46

Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ!

Əliyar Ağayev Millətlər Liqası oyununda - İlk dəfə
16.11.2018, 13:43

Əliyar Ağayev Millətlər Liqası oyununda - İlk dəfə

Tereza Mey istefaya göndərilə bilər
16.11.2018, 13:41

Tereza Mey istefaya göndərilə bilər

Naxçıvanda şərti düşmənə əks-zərbə endirildi - FOTOLAR
16.11.2018, 13:36

Naxçıvanda şərti düşmənə əks-zərbə endirildi - FOTOLAR

Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir   
16.11.2018, 13:09

Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir  

Sabahın havası: Yağış yağacaq
16.11.2018, 13:03

Sabahın havası: Yağış yağacaq

Gələn il daha 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq - SİYAHI
16.11.2018, 13:03

Gələn il daha 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq - SİYAHI

16.11.2018, 13:03

"Sədərək" Ticarət Mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir - Deputatların yeni merdən gözləntiləri
16.11.2018, 12:55

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir - Deputatların yeni merdən gözləntiləri

Kaliforniyada yaşayan azərbaycanlılar toplaşdı - FOTO
16.11.2018, 12:51

Kaliforniyada yaşayan azərbaycanlılar toplaşdı - FOTO

Avtoxuliqanlar saxlanıldı
16.11.2018, 12:46

Avtoxuliqanlar saxlanıldı

Köçkünlərin pensiya stajı ilə bağlı problemi həll olundu
16.11.2018, 12:42

Köçkünlərin pensiya stajı ilə bağlı problemi həll olundu

Prezident Azərbaycan gənclərinə təbrik ünvanladı
16.11.2018, 12:34

Prezident Azərbaycan gənclərinə təbrik ünvanladı

Azərbaycan gəncləri fəallaşır – Nazirdən AÇIQLAMA
16.11.2018, 12:28

Azərbaycan gəncləri fəallaşır – Nazirdən AÇIQLAMA

Pensiya yaşına çatanlara SMS gələcək
16.11.2018, 12:27

Pensiya yaşına çatanlara SMS gələcək

Azərbaycanda bahalaşma - RƏSMİ 
16.11.2018, 12:15

Azərbaycanda bahalaşma - RƏSMİ 

Vergilər Nazirliyinin səlahiyyətləri artırılır 
16.11.2018, 12:02

Vergilər Nazirliyinin səlahiyyətləri artırılır 

Bakı Metropoliteni işçi axtarır
16.11.2018, 11:59

Bakı Metropoliteni işçi axtarır

Ramiz Rzayev hakim çatışmazlığından GİLEYLƏNDİ
16.11.2018, 11:58

Ramiz Rzayev hakim çatışmazlığından GİLEYLƏNDİ

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ləğv olunur 
16.11.2018, 11:54

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ləğv olunur 

Nazirlik 100 min ağac əkəcək
16.11.2018, 11:48

Nazirlik 100 min ağac əkəcək

Erməni cinayətləri ilə bağlı elektron kitab dərc olundu
16.11.2018, 11:40

Erməni cinayətləri ilə bağlı elektron kitab dərc olundu

Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”
16.11.2018, 11:31

Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”

İmişlidə “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO
16.11.2018, 11:26

İmişlidə “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir
16.11.2018, 11:23

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir

Göyçayda 500 kq at əti aşkarlandı
16.11.2018, 11:11

Göyçayda 500 kq at əti aşkarlandı

ABŞ Prokurorluğu Assanca qarşı yeni ittihamlar irəli sürdü
16.11.2018, 11:11

ABŞ Prokurorluğu Assanca qarşı yeni ittihamlar irəli sürdü

10 yaşlı Qol.az-ın redaktoru: “Bizim üçün gecə ilə gündüzün fərqi itib” - MÜSAHİBƏ   
16.11.2018, 11:10

10 yaşlı Qol.az-ın redaktoru: “Bizim üçün gecə ilə gündüzün fərqi itib” - MÜSAHİBƏ  

BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir
16.11.2018, 10:43

BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA  
16.11.2018, 10:37

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA  

Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək
16.11.2018, 10:36

Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək

İdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYE
16.11.2018, 10:26

İdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYE

BirBank tətbiqini 300 000-dən artıq istifadəçi yükləyib
16.11.2018, 10:23

BirBank tətbiqini 300 000-dən artıq istifadəçi yükləyib

Ötən günün “yol terroru” - 3 qəza, 1 ölü, 3 yaralı
16.11.2018, 10:18

Ötən günün “yol terroru” - 3 qəza, 1 ölü, 3 yaralı

Azərbaycanda ilkin əlillik 61,3 faiz azalıb
16.11.2018, 10:13

Azərbaycanda ilkin əlillik 61,3 faiz azalıb

Dəhşətli yanğında 63 nəfər öldü, 630 nəfər itkin düşdü
16.11.2018, 10:02

Dəhşətli yanğında 63 nəfər öldü, 630 nəfər itkin düşdü

İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018, 09:58

İsrail Azərbaycana yeni səfir təyin etdi

16.11.2018, 09:52

"Sovetski"dəki güclü yanğınla bağlı FHN məlumat yaydı

Azərbaycan məktəblərində payız tətili başladı
16.11.2018, 09:48

Azərbaycan məktəblərində payız tətili başladı

Yeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıb
16.11.2018, 09:35

Yeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıb

Ermənistan cəbhədə təxribat törətdi
16.11.2018, 09:27

Ermənistan cəbhədə təxribat törətdi

Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR
16.11.2018, 08:55

Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR

Bu gün Millətlər Liqasında daha 7 oyun - TƏQVİM   
16.11.2018, 08:41

Bu gün Millətlər Liqasında daha 7 oyun - TƏQVİM  

Millətlər Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR   
16.11.2018, 08:25

Millətlər Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
16.11.2018, 08:21

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

7 BMT sülhməramlısı öldürüldü
16.11.2018, 00:46

7 BMT sülhməramlısı öldürüldü

ARXİV