Modern.az

Qurbanov Dünya məşqçilərinin reytinq siyahısında...

Qurbanov Dünya məşqçilərinin reytinq siyahısında...

17 İyun 2018, 22:14

Dünya məşqçilərinin reytinq siyahısı açıqlanıb. Modern.az xəbər verir ki, siyahıda Azərbaycan klublarını çalışdıran iki məşqçi də yer alır. Həmyerlilərimizdən ən yaxşı nəticə Ağdamın “Qarabağ” və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanova məxsusdur. Qırx altı yaşlı mütəxəssisin hesabında 1169 xal var. Q.Qurbanov reytinq siyahısında 458-ci yerdə qərarlaşıb. Qurbanov son siyahı ilə müqayisədə üç pillə irəliləyib.

Siyahıda “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun da adı var. Gənc mütəxəssis aktivinə 217 xal yazdırıb. Ayxan Abbasov da Qurban Qurbanov kimi mövqeyini yaxşılaşdıra bilib. İki rəqibini qabaqlayan təmsilçimiz 894-cü yerə qalxıb.

 

Reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. “Real”la yollarını ayıran fransalı mütəxəssisin aktivində 16378 xal var. “Barcelona”nı çalışdıran Ernesto Valverde 15485 xalla ikincidir. “Üçlüy”ü “Qremio”ya rəhbərlik edən Renato Qauço tamamlayır. O, 14679 xala malikdir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir