Modern.az

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB

18 İyun 2018, 12:16

 

Yaponiyada  güclü zəlzələ nəticəsində 2 nəfər həyatını itirib, 230 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

 

Modern.az “Kiodo” agentliyinə istinadən xəbər verir ki, daha 800 nəfər isə təxliyə edilərək,  müvəqqəti mərkəzlərə yerləşdirilib.

Agentliyin məlumatına görə, Osaka  Prefekturasında 395 təxliyə mərkəzi yaradılıb. Bu mərkəzlərin fəaliyyəti və insanların burada nə qədər saxlanacağı haqda hələlik, heç bir dəqiq məlumat yoxdur.

 

Yerli hakimiyyət orqanlarından bildirilir ki,  6,1 bal gücündə zəlzələ nəticəsində 2 nəfər həyatını  itirib,  230 nəfər isə  müxtəlif dərəcəli xəsarət alıb.

 

Agentliyin məlumatına görə,  hələlik, güclü dağıntılar barədə məlumat daxil olmayıb.

 

Əvəz ZEYNALOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir