Modern.az

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ

Dünya

18 İyun 2018, 12:29

Rəsmi Seul 2018-ci ilin axırlarına qədər  Şimali Koreya ilə müharibəyə kimi son qoymaq istəyir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Koreya Respublikasının xarici işlər naziri Kan Qön Xva bəyan edib.

 

Lakin bunun üçün Cənubi Koreya həm Şimali Koreya, həm də ABŞ-la danışıqlar aparmalıdır:

 

“Düşünürəm ki, biz ABŞ və Şimali Koreya ilə məsləhətləşib, müsbət  nəticə əldə etməliyik. Amma Cənubi Koreya müharibənin sona çatması vaxtı və formatı barədə qərarlıdır” – nazir bildirib.

 

Qeyd edək ki, Şimali Koreya lideri və Koreya Respublikası prezidenti apreldə ilk görüşləri zamanı birlikdə deklarasiya imzalayıblar. Həmin deklarasiyanın bəndlərindən biri 2018-ci ilin sonuna kimi sülh müqaviləsinin izalanmasıdır.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!