Modern.az

Ötən gün 76 cinayət faktı qeydə alınıb

Ötən gün 76 cinayət faktı qeydə alınıb

Aktual

18 İyun 2018, 13:14

Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, onların 18-i “isti izlər”lə açılıb.

 

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır