Modern.az

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

18 İyun 2018, 16:22

Ermənistanda hakimiyyətdaxili qruplar arasındakı qarşıdurma daha da güclənib. İş o yerə çatıb ki, hətta bəzi qüvvələr Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanı da zərərsizləşdirməyə çalışırlar.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu haqda elə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın özü bildirib:

“Məni neytrallaşdırmaq üçün cəhdlər edilir”-deyə jurnalistlərlə söhbətində o, bəyan edib.

Artur Vanesyan iyunun 18-də bildirib ki, bəzi qruplar onun əleyhinə hərəkətə keçiblər: "Amma onlarda heç nə alınmayacaq. Eyni vəziyyət baş nazirlə bağlı da yaşanır”.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir