Modern.az

Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir  

“Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”  

18 İyun 2018, 16:36



Federal Ehtiyatlar Sisteminin (FED) uçot stavkasının artırılması ilə bağlı qərarı qısa zamanda qlobal bazara təsir etməyə başlayıb.

 

Avropa Birliyinə üzv olan bir sıra ölkələrdə müşahidə olunan siyasi anlaşılmazlıqlar fonunda dəyərini itirən avro FED-in qərarından sonra daha sürətlə ucuzlaşmağa başlayıb.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda 1 avro almaq üçün 1.16 dollardan az ödəniş etmək lazımdır:

 

"Bu son günlər avronun məzənnəsində 2 faizə yaxın azalma, bütövlükdə isə son 2 ayda 7 faizdən çox ucuzlaşma deməkdir. Möhkəm dollar neft bazarına da təsirsiz ötüşməyib. İran ətrafındakı siyasi gərginlik və eləcə də Veneseulada hasilatın azalmasına rəğmən “qara qızıl” FED qərarından sonra dəyər itirib. Aydındır ki, OPEK toplantısı öncəsi neftin qiymətində kəskin dəyişiklik gözlənilməsə də sözügedən yığıncaqda qəbul ediləcək qərarlar neft bazarında tarazlığı yenidən dəyişə bilər".

 

Ekspertin sözlətinə görə, neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq, FED qərarı Azərbaycan bazarına psixoloji təsirlərini saxlamaqdadır:

 

"Mərkəzi Bankın” FED-in qərarının bizə birbaşa təsirlərinin olmadığını” açıqlaması da əslində dolayı təsirlərinin olması anlamına gəlir. FED-in qərarları istisnasız olaraq əksər dünya ölkələrinə təsir edir. Bununa belə, manatın məzənnəsi yenə də Mərkəzi Bankın mövqeyində asılı olacaq. Dollara tələbin isə daha çox avqust və dekabr aylarında yüksələcəyi gözlənilir. İlin sonuna dollara tələbin daha yüksək olacağı həm dövlət və özəl müəssisələrin xarici borc öhdəliklərinin olması, idxalın artması və xarici səfərlərin çoxluğu ilə bağlı olacaq. Amma yenə də son söz Mərkəzi Bankındır".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir