Modern.az

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

DÇ-2018: İsveç millisi Cənubi Koreyanı məğlub etdi

18 İyun 2018, 17:50

 

Rusiyada tam gücü ilə davam edən futbol üzrə dünya çempionatında F qrupunun digər cütlüyü arasında matç keçirilib.

 

Modern.az  xəbər verir ki, Nijni Novqorod şəhərinin futbol arenasında İsveç və Cənubi Koreya yığmaları üz-üzə gəlib.

 

Oyun 1:0 hesabı ilə İsveçin xeyrinə başa çatıb.

 

63-cü dəqiqədə hakim videotəkrara baxdıqdan sonra C.Koreyanın qapısına 11-metrlik cərimə zərbəsi təyin edib.Qrankvist penaltini dəqiq yerinə yetirərək qapıçıya heç bir şans qoymayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir