Modern.az

Keçmiş məhkum narkotiklə saxlanıldı

Keçmiş məhkum narkotiklə saxlanıldı

18 İyun 2018, 20:31

Xaşmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Xudat şəhər sakini, əvvəllər məhkum olunan Aslan Abdullayev saxlanılıb. Onun üzərinə şəxsi baxış keçirilən zaman 0,165 qram heroin aşkar edilərək götürülüb.

 

Əməliyyat tədbirlərinin davamı olaraq hal şahidlərinin iştirakı ilə A.Abdullayevin evinə  baxış zamanı oradan satış üçün hazırlanmış bir neçə bükümdə 0,869 qram heroin, 450 qram narkotik vasitə olan qurudulmuş marixuana və 11 ədəd dövriyyəsi məhdudlaşdırılmış narkotik tərkibli Metadon və Preqabalin həbləri aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir