Modern.az

Dünya Çempionatı-2018: Belçika debütantı qol yağışına tutdu - FOTOLAR

Dünya Çempionatı-2018: Belçika debütantı qol yağışına tutdu - FOTOLAR

18 İyun 2018, 21:09

Ftutbol üzrə dünya çempionatının beşinci günündə “G” qrupunun ilk oyunu keçirilib. Modern.az xəbər verir ki, Soçidəkı “Fişt Arena”da baş tutan oyunda Belçika millisi debütant Panama yığması ilə qarşılaşıb.

Oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissədə isə avropalılar  debütantın qapısını qol yağışına tutub. Qarşılaşmanın 47-ci dəqiqəsində Mertens, 69-cu və 75-ci dəqisində isə Lukaku fərqlənib. Belçika bu görüşdə 3:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, mundialın ən bahalı futbolçularından ibarət milli komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

Panama yığması isə tarixində ilk dəfə mundialda mübarizə aparır.

 

Belçika milli komandasının yer aldığı “G” qrupunun birinci turuna saat 22:00-da baş tutacaq Tunis-İngiltərə oyunu ilə yekun vurulacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir