Modern.az

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

Dünya Çempionatı - 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

18 İyun 2018, 21:42

Xorvatiya yığmasında şok ayrılıq baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hücumçu Nikola Kaniliç millidən qovulub.

Buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışı olub. Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.

 

Xorvatiya Futbol Federasiyası bu hərəkətinə görə, Kaliniçi yığmadan qovub. Ulduz futbolçu artıq Rusiyanı tərk edərək, ölkəsinə qayıdıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir