Modern.az

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...

Moskvada taksi sürücüsünün vurduğu azərbaycanlılar ...

18 İyun 2018, 22:14

Moskvada taksi sürücüsünün piyada yoluna çıxaraq yeddi nəfəri vurması nəticəsində iki Azərbaycan vətəndaşı xəsarət alıb.  Azərbaycanın Rusiyadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, insident haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişi ilə soydaşlarımızın yerləşdiyi tibb müəssisəsi ilə əlaqə saxlanılıb. Məlumata əsasən, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılıblar.

 

Xatırladaq ki, iyunun 16-da Moskvanın mərkəzində taksinin yolun kənarında duran piyadaları vurması nəticəsində 7 nəfər yaralanıb.

 

Qəzanın ilkin səbəbi kimi sürücünün idarəetməni itirməsi göstərilir. Taksi sürücüsü əyləc əvəzinə qazı basdığını bildirib. Sürücü ərazi polis bölməsinə aparılıb. Hadisənin səbəbləri aydınlaşdırılır və yoxlamalar aparılır.

 

Yol hərəkətinin təşkili mərkəzindən verilən məlumata əsasən, sürücü nəqliyyat vasitəsini Qırğızıstana məxsus sürücülük vəsiqəsi ilə idarə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...