Modern.az

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi

Dünya Çempionatı-2018: İngiltərə son anda qələbə qazana bildi

Aktual

18 İyun 2018, 23:56

Futbol üzrə dünya çempionatının beşinci günündə “G” qrupun birinci turunun son oyunu yekunlaşıb. Modern.az xəbər verir ki, “Volqoqrad Arena”da keçirilən qarşılaşmada Tunis və İngiltərə yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın 11-ci dəqiqəsində tamaşaçılar ilk qolu görüb. İngiltərə millisinin kapitanı Hari Keyn hesabı açıb.

Amma oyunun 35-ci dəqiqəsində Sassi penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Oyunda son nöqtəni isə yenə də ingilislər qoyub. Hari Keyn 90+1-ci dəqiqədə hesabı 2:1-ə çatdıraraq komandasına 3 xal qazandırıb.

 

Qeyd edək ki, bu komandalar dünya çempionatlarında bir dəfə qarşılaşıblar. 1998-ci ildə Fransada keçirilən qrup matçında ingilislər 2:0 hesabı ilə qalib gəliblər.

1978-ci ildə dünya çempionatında debüt edən Tunis millisi mundiallarda ilk qələbəsini elə həmin il qazanıb. Meksika üzərində 3:1 hesablı qələbə qazanan Tunis dünya çempionatlarında bir oyunda qalib gələn ilk Afrika ölkəsi olub. Tunis 1998-ci, 2002-ci və 2006-cı illərdə mundiallarda yer alsa da, mübarizəni qrup mərhələlərində dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır