Modern.az

Şamaxıda qohumlar arasında kütləvi dava ...

Şamaxıda qohumlar arasında kütləvi dava ...

19 İyun 2018, 00:46

Şamaxı rayonunda qohumlar arasında baş verən dava zamanı bir nəfər ağır xəsarət alıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Bağırlı kəndində qeydə alınıb. Kənd sakini, 1975-ci il təvəllüdlü Almirzəyev Bəhərçin Əliməmməd oğlu baş və bədənin müxtəlif nahiyələrinin çapılmış-əzilmiş yarası diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Bəhərçin Almirzəyev qardaşının oğlanları Adəm, Qorxmaz və Elşən Almirzəyev tərəfindən ağacla və yumruqla döyüldüyünü bildirib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qalır. Onların arasında münaqişənin söyüşə görə baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi