Modern.az

Azərbaycanda rektor vəfat edib

Azərbaycanda rektor vəfat edib

19 İyun 2018, 10:10

Naxçıvan Müəllimlər İnstitunun rektoru, pedaqogika üzrə elmlər doktoru, Əməkdar elm xadimi Oruc Həsənli iyunun 18-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Modern.az xəbər verir ki, 1950-ci il avqustun 15-də Şərur rayonunun Ələkli kəndində anadan olan Oruc Həsənli ölkəmizdə pedaqoji kadrların hazırlanmasında mühüm xidmətlər göstərib. AMEA-nın müxbir üzvü olan professor O.Həsənli 200-dən artıq elmi əsər, kitab  və monoqrafiyanın müəllifi kimi də tanınır.

2010-cu ildən Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsində çalışan alim həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü idi.

Oruc Həsənli 2007-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.

Allah rəhmət eləsin!

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...