Modern.az

\"Qarabağ\"ın Çempionlar Liqasındakı rəqibi - Oyunların dəqiq vaxtı məlum oldu - YENİLƏNİB

\

19 İyun 2018, 17:40

Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

 

Modern.az-ın məlumatına görə, püşkatmanın nəticəsinə əsasən Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi 1-ci mərhələdə Sloveniyanın "Olimpiya Lyublyana" klubu ilə qarşılaşacaq.

"Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

 

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11-i, cavab qarşılaşmaları isə 17-18-də keçiriləcək.

***

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” və “Olimpiya” arasında keçiriləcək oyunların dəqiq vaxtı müəyyənləşib.

Sloveniya klubunun rəsmi saytının yaydığı xəbərə görə, ilk qarşılaşma iyulun 11-də olacaq.

 


Lyublyanada keçiriləcək görüş Bakı vaxtı ilə 22:00 start götürəcək. Komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir