Modern.az

İtaliyada 60-a yaxın mafioz tutuldu

İtaliyada 60-a yaxın mafioz tutuldu

19 İyun 2018, 16:55

İtaliyada mafiyaya qarşı xüsusi əməliyyat keçirilib.

 

Modern.az-ın məlumatına görə, əməliyyat İspaniya polisi ilə birgə həyata keçirilib.

Əməliyyat zamanı 58 nəfər saxlanılıb. Saxlananlar narkotik ticarəti, çirkli pulların yuyulması, hədə-qorxu kimi cinayətlərdə şübhəli bilinir.

 

Xüsusi əməliyyat eyni zamanda İtaliyanın paytaxtı Romada, Sardiniya, Molize və Pyemont vilayətlərində, eləcə də İspaniya ərazisində keçirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi