Modern.az

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı

Şəkidə sərnişin avtobusu yük maşınına çırpıldı

Aktual

19 İyun 2018, 20:02

Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşub. Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün 17.00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonunun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “İsuzu” markalı, 45-ƏC-475 dövlət nömrə nişanlı sərnişin avtobusu 90 XO 837 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində hələlik şəxsiyyəti məlum olmayan 3 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hazırda xəstələrin müayinələri aparılır.

 

Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!