“ABŞ-ın polad və alüminiumun idxalı ilə bağlı tətbiq etdiyi vergi rüsumlarına qarşı Rusiya adekvat cavab verəcək”. Modern.az xəbər verir ki, bunu Rusiya İqtisadiyyat naziri Maksim Oreşkin bildirib.
O qeyd edib ki, ABŞ-ın bu qərarına cavab olaraq bu ölkədən idxal edilən bəzi mallara vergi rüsumları tətbiq ediləcək.
Nazir qeyd edib ki, tətbiq ediləcək rüsumlar Rusiyanın makroiqtisadiyyatına təsir göstərməyəcək.