Modern.az

“Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyə əngəldir”-Avropa İttifaqı

“Qarabağ münaqişəsinin həll olunmaması regionda sabitliyə əngəldir”-Avropa İttifaqı

Aktual

20 İyun 2018, 00:56

“Həll olunmamış Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyin və rifahın möhkəmlənməsinə əngəl olaraq qalır”. Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) saytında yerləşdirilən məlumatda deyilir.

 

Məlumatda bildirilir ki, Avropa İttifaqı, həmçinin, münaqişə tez bir zamanda beynəlxalq qanunvericiliyin norma və prinsiplərinə tam uyğun olaraq öz həllini tələb edir.

 

"2003-cü ildən Aİ-nin xüsusi nümayəndəsi ittifaq və region ölkələri arasında dialoq yaratmaq və region ölkələrinə qarşı Aİ-nin siyasətinin hazırlanmasına hərtərəfli kömək etmək üçün işləyir. Aİ həmçinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vasitəsi ilə Minsk Qrupunun sədr ölkələrinin (Fransa, Rusiya, ABŞ) münaqişənin həllinə yönəlmiş səylərini dəstəkləyir və tamamlayır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı