Modern.az

Ombudsman: "Azərbaycanda insan hüquqları tam təmin olunur"

Ombudsman: "Azərbaycanda insan hüquqları tam təmin olunur"

20 İyun 2018, 11:24

"Azərbaycanda sabitlik və insan hüquqları­ tam təmin olunur".

Modern.az “Report”a istinadən xəbər verir­ ki, bunu İnsan Hüquq­ları üzrə Müvəkkili E­lmira Süleymanova "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövz­usund Ombudsmanların  XV Bakı Beynəlxalq ­Konfransında deyib.

O bildirib ki, Azərbaycanda hər bir dövlət qurumunda insan hüquqları üzrə müvafiq struktur bölmələri yaranıb: "Dövlət qurumlarında yaradılan strukturlar öz səlahiyyətləri çərçivəsində insan hüquqlarının qorunmasına çalışır".

E.Süleymanova qeyd edib ki, Azərbaycan ombudsmanı hər bir Azərbaycan vətəndaşının bütün hüquqlarının pozulmasının qarşısının alınması və ümumiyyətlə insan hüquqlarının qorunması sahəsində bütün işləri görür. Elmira Süleymanova xatırladıb ki, bugünlərdə BMT-nin İnsan Hüquqları üzrə ali komissarlığı İnsan hüquqları sahəsində uğurlu olan 19 ölkə sırasında Azərbaycanın da adını çəkib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir