Modern.az

Müdafiə nazirindən əsgər ölümlərilə bağlı KİV-ə ÇAĞIRIŞ

Müdafiə nazirindən əsgər ölümlərilə bağlı KİV-ə ÇAĞIRIŞ

Aktual

20 İyun 2018, 12:09

"Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər bir əsgər həlak olanda araşdırma aparırıq. Araşdırma aparıldıqdan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub".

 

Modern.az xəbər verir ki, APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənovdeyib.

 

Zakir Həsənov bu səbəbdən mətbuat işçilərinin hadisə barədə məlumat verərkən tələsməməyə, həssas olmağa çağırıb: "Gəlin, araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələskənliyə yol vermək olmaz".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!