Modern.az

Üçüncü Dünya Müharibəsində kim qalib gələcək? - AÇIQLAMA

Üçüncü Dünya Müharibəsində kim qalib gələcək? - AÇIQLAMA

Dünya

20 İyun 2018, 14:29

“Dördüncü sənaye çevrilişi dövründə münaqişə zamanı qalibin mütləq hazırki hərbi güclərdən biri olacağını demək düzgün deyil”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun istefada olan general-leytenantı Devid Barno və Amerika Universitetinin müəllimi Nora Benzael açıqlama verib.

 

Ekspertlər gələcək müharibə zamanı bir tərəfin digəri üzərində üstünlük qazanması üçün kosmik və kompüter texnologiyaları, süni intellekt və robotexnikada önəmli inkişaf keçməsini əsas şərt sayıblar. Onların fikrincə, bundan əvvəlki qlobal münaqişələrdə həmin metod istifadə olunmayıb.

 

Barno və Benzaelin fikrincə, hərbi münaqişə təcrübəsi olmayan, lakin yüksək texnologiyaya malik silah istehsal edən ölkələr ənənəvi dünya güclərinə qalib gəlmək iqtidarındadır.

“Üçüncü Dünya Müharibəsi şəraitində ənənəvi döyüş taktikasından istifadə edən ölkələr texnoloji yeniliklər qarşısında sadəcə gücsüz qalacaqlar”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi