Modern.az

Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

Leyla Axundzadənin xatirəsinə həsr olunmuş anım gecəsi keçiriləcək

Aktual

20 İyun 2018, 15:45

2018-ci il iyun ayının 21-də, saat 18:30-da Muzey Mərkəzində tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuş “Ömür qısa incəsənət isə əbədidir...” adlı anım gecəsi keçiriləcəkdir.

Leyla Cəmil qızı Axundzadə 21 iyun 1953-cü ildə Moskvada anadan olmuşdur.  1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix Fakültəsinin Sənətşünaslıq şöbəsini bitirmişdir.

1984-cü ildə sənətşünaslıq namizədi alimlik dərəcəsini almışdır.  1975-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Təsviri sənət şöbəsində elmi işçi, 1990-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi kafedrasının müdiri, 2000-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri və professoru, 2006-2010-cu illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifələrində çalışmışdır.

1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 2000-ci ildə “Zamanın Qanadları” Yaradıcılıq Assosiasiyasını yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

 

Leyla Axundzadənin iştirak etdiyi əsas beynəlxalq konfranslar və simpoziumlar:

1999-  “Türk xalqlarının incəsənəti”, Türkiyə (Sparta)

2002-  “Mədəni müxtəliflik”,  Fransa (Strasburq)

2003-  “Karvansaray”, Gürcüstan (Tbilisi)

2004-  “Qonşuların dialoqu”, İtaliya (Venesiya)

2005-  “Yeni ideyalar”, Serbiya (Belqrad)

Leyla axundzadənin təşkil etdiyi əsas sərgilər

1998-  “Azərbaycan rəngkarlığı” ABŞ, Vaşinqton, Ümumdünya Bankının Rəsm Qalereyası

2002-  “Oriyentalizm daxildən və xaricdən” Beynəlxalq sərgi, Azərbaycan, Bakı

2003-  “7+7” Beynəlxalq sərgi, Azərbaycan, Bakı

2003-  “Alüminium” I Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı

2005-  “Alüminium” II Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı

2007-  “Alüminium” III Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı

2009-  “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalesi, Azərbaycan, Bakı

2005-  “Metabəstəkarlar birliyi”, Moskva rəssamlarının sərgisi, Azərbaycan, Bakı

2005-  “Simalar” adlı XX əsr fotoqrafiya sərgisi, Azərbaycan, Bakı

2006-  “Azərbaycan rəssamlarının sərgisi” Rusiya, Moskva (Dövlət Müasir İncəsənət Muzeyi)

2005- “Qadın. Müharibə.Sülh” adlı Beynəlxalq təsviri sənət sərgisi UNİFEM-in xüsusi proqramı çərçivəsində

2007-  “52-ci Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya

2009-  “53-cü Venesiya Biennalesi”ində Azərbaycan Pavilyonunun Təşkili, İtaliya, Venesiya

Leyla Axundzadə respublikada və xaricdə çap olunmuş 40-dək elmi məqalənin, dərs proqlamlarının müəllifidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub